AVRO-2020-nin daha bir təşkilatçı şəhərinin loqosu təqdim olunub.
Sportal.az xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək oyunların rəmzi məlum olub. UEFA-nın prezidenti Aleksandar Çeferin və Macarıstan Futbol Federasiyasının prezidenti Sandor Ksanyi də təqdimetmə mərasimində iştirak edib.
Əlavə edək ki Budapeşt qrup mərhələsinin 3, 1/8 final görüşlərindən birinə ev sahibliyi edəcək.
Qeyd edək ki, bunadək London, Bakı, Roma, Buxarest, Kopenhagen və Münhen şəhərləri də öz loqosunu təqdim edib.
saytlarin hazirlanmasi