Rumıniya millisinin və Madrid “Atletiko”sunun sabiq müdafiəçisi Daniel Prodan dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı UEFA-nın saytı yayıb. Sabiq müdafiəçi 44 yaşında, ürək tutmasından vəfat edib. Prodan televizora baxarkən infarkt keçirib.
Prodan futbolçu karyerası ərzində “Atletiko”yla yanaşı (1997/98), “Styaua” (1992-1996), “Rocar” (2000-2001), “Nasional” (2001, 2002/03) və “Messina”nın (2002) da şərəfini qoruyub. O, futbolçu karyerasına 2003-cü ildə son qoyub. Mərhum futbolçu 1993-2001-ci illər aralığında Rumıniya millisinin heyətində 54 oyunda forma geyinib, 1 qol vurub.
2006-cı ildə Rumıniyanın gənclərdən ibarət komandasında baş məşqçi kimi çalışmış Prodan, son olaraq yerli futbol federasiyasında idman direktoru vəzifəsində çalışıb.
saytlarin hazirlanmasi