Yunanıstan Futbol Federasiyası bütün futbol yarışlarının dayandırılması ilə bağlı qərarını ləğv edib.
Sportal.az xəbər verir ki, noyabrın 22-dən etibarən liqalarda oyunlar bərpa oluncaq.
Qeyd edək ki, ölkənin Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılmasından sonra Yunanıstan Futbol Federasiyası bütün futbol yarışlarını qeyri-müəyyən müddətə dayandırmışdı.
Əlavə edək ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqibi PAOK Yunanıstan Liqasında mübarizə aparır.
saytlarin hazirlanmasi