"Kəpəz" Azərbaycan Premyer Liqanın XII turunda “Qarabağ”la oyuna itkilərlə çıxacaq.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "sarı-göylər"in bir futbolçusu cəzalı, iki üzvü isə zədədən yeni qayıtdığından oyundan kənarda qalacaq.
Ötən tur “Sumqayıt”la ev görüşündə qırmızı vərəqə alan Kərim Diniyev cəzalı olduğu üçün bu oyunu buraxacaq. Uzun müddət zədəli olan Şəhriyar Əliyev və Dario Frederiko isə matça tam hazır olmadığından oynaya bilməyəcək.
saytlarin hazirlanmasi