Millimizin futbolçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" Türkiyə superliqasında növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, "timsahlar" doğma meydanda "Akhisar"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Dənir Yılmaz 90 dəqiqə meydanda olub. O, 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Bursaspor" 11 turdan sonra 21 xalla 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi