Premyer Liqanın 12-ci turu çərçivəsində "Kəpəz" səfərdə "Qarabağ"a 0 - 1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "sarı-göylər"in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün oyuna ciddi itkilərlə çıxmışdıq. Bizim kimi komandalarda bir itki də təsir edir. Baxımlı futbol oynamağa çalışdıq. İlk hissədə müdafiədə oynayıb, sürətli əks hücumlar qurmaq istəyirdik. İkinci hissədə taktikanı dəyişdik. Risk edib hücumda oynamağa başladıq. İkinci hissədə azarkeşlər darıxmadı. Yaxşı oyun izlədik. 83-cü dəqiqədə əvəzetmə etmək istəyirdik. 5 dəqiqə top meydandan çıxmadı, buna görə də əvəzetmələr gecikdi. Yolumuza davam edirik. Bir azərbaycanlı kimi çox istəyirəm ki, “Qarabağ” “Slovan”la oyundan sərfəli nəticəylə qayıtsın. Avrokuboklar uğrunda mübarizə aparacıq. İtirilən xalları geri qaytarmaq üçün səy göstərəcəyik.
- 1 xal qazana bilməməyinizin əsas səbəbi nədi?
- “Qarabağ”la hücum futbolu oynamaq ölümə bərabərdi. Məğlub olduğumuza görə utanmıram. “Qarabağ” Avropanın top komandalarındandı. "Qarabağ"a qarşı oynamaq hər komanda üçün imtahandı. Deməzdim ki, imtahandan "2" aldıq.
- Darionun durumu nə yerdədi?
- Dario komandayla məşqlərə başlayıb. Risk edib "18-liy"ə daxil etmədim. Bu gün Darionun yoxluğu meydanda hiss olunurdu.
saytlarin hazirlanmasi