Almaniya üçüncü Bundesliqasında 15-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın çıxış etdiyi "Duysburq" səfərdə "Frankfurt"la qarşılaşıb. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.
Erat start heyətdə meydana çıxdığı qarşılaşmanın 72-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Duysburq" 15 turdan sonra 27 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi