Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün növbəti oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Portuqaliya kubokunun 1/16 finalında onların rəqibi “Vitoriya Qimarayeş” komandası olacaq.
Oyun Bakı vaxtı ilə saat 23:15-də başlanacaq.
Bundan əvvəlki matçlarda start heyətində yer alan və etibarlı oyunu ilə seçilən Ağayevin yenə ilk 11-likdə olacağı gözlənilir. Emin Mahmudovun matçın iştirakçıları sırasında olub-olmayacağı barədə isə hələ məlumat yoxdur.
saytlarin hazirlanmasi