Türkiyə Super Liqasında XI turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Ufuk Budakın forma geyindiyi "Kayserispor” öz meydanında "Gənclərbirliyi”ni qəbul edib. Qarşılaşma qonaqların 2 - 0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin üzvü matçın 46-cı dəqiqəsində Larrus Mabialanın əvəzinə meydana daxil olub və sona qədər mübarizə aparıb.
Qeyd edək ki, "Kayserispor” geridə qalan XI turda 9 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsindədə qərarlaşıb.