Kamran Ağayevin komandası kubokda mübarizəni dayandırdı

01:59 - 21 Noyabr 2016

Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün növbəti oyununa çıxıb.
 
Sportal.az xəbər verir ki, Portuqaliya kubokunun 1/16 finalında onların rəqibi “Vitoriya Qimarayeş” komandası olub. Qarşılaşmanın əsas vaxtı 1 - 1 hesablı bərabərliklə başa çatıb.

 

Qonaqlar əlavə edilmiş vaxtın 118-ci dəqiqəsində fərqlənməklə növbəti mərhələyə vəsiqə qazanıb. Millimizin üzvlərinin komandası isə mübarizəni 1/16 finalda dayandırıb.

 

Kamran Ağayev bu oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Emin Mahmudov isə matçı ehtiyat oyunçular skamyasından izləyib.

Xəbər xətti