Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” bu gün növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Portuqaliya kubokunun 1/16 finalında onların rəqibi “Vitoriya Qimarayeş” komandası olub. Qarşılaşmanın əsas vaxtı 1 - 1 hesablı bərabərliklə başa çatıb.
Qonaqlar əlavə edilmiş vaxtın 118-ci dəqiqəsində fərqlənməklə növbəti mərhələyə vəsiqə qazanıb.
Kamran Ağayev bu oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Təcrübəli qapıçı 111-ci dəqiqədə oyunun vaxtını uzatdığı üçün sarı vərəqə ilə cəzalanıb. Emin Mahmudov isə matçı ehtiyat oyunçular skamyasından izləyib.
saytlarin hazirlanmasi