Türkiyə Super Liqasında 12-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" növbəti matçına çıxıb. Qara Dəniz təmsilçisi doğma meydanda "Antalyaspor"u qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, Ramil Şeydayevin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.