Berti Foqts rəsmən qovuldu

10:10 - 22 Noyabr 2016

Milli komandamızın sabiq baş məşqçisi Berti Foqtsun məsləhətçi kimi çalışdığı ABŞ yığmasındakı karyerası sona çatıb.

 

Sportal.az xəbər verir ki, buna baş məşqçi  Yurgen Klinsmanın istefaya göndərilməsi səbəb olub.

 

DÇ-2018-in seçmə mərhələsində ardıcıl 2 məğlubiyyət almaniyalı mütəxəssisin vəzifəsindən göndərilməsi ilə nəticələnib.

 

Qeyd edək ki,  Berti Foqts 2014-cü ilin oktyabrında millimizlə yollarını ayırandan sonra Klinsmanın məsləhətçisi olub.

Xəbər xətti