“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç İsveçdə ilin ən yaxşı futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, noyabrın 21-də Stokholmda mükafatlandırma mərasimi keçirilib. Mərasimdə İsveçin “qızıl top”u hücumçuya təqdim olunub.
Ulduz futbolçu son 11 ildə bu mükafatı 10-cu dəfə qazanıb. Təqdimat mərasimində çıxış edən Zlatan “indi evimdə bu mükafatdan tam heyət var” deyib.
İbrahimoviç ilk dəfə 2005-ci ildə İsveçdə ilin ən yaxşı futbolçusu seçilmişdi.
35 yaşlı futbolçu “Mançester Yunayted”in şərəfini qoruyur. O, bu mövsüm keçirdiyi 17 oyunda 8 qol vurub.
saytlarin hazirlanmasi