Bu gün Portuqaliya Sequndasında növbəti turun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq”in B komandası da növbəti oyununa çıxacaq.
Lissabon təmsilçisi səfərdə "Uniao de Madeyra”nın qonağı olacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçda Nəsirovun da forma geyinəcəyi gözlənilir.
Qeyd edək ki, "Sportinq” Sequndada geridə qalan 14 tur ərzində 21 xal toplayıb və turnir cədvəlində 19 komanda arasında 8-ci pillədə qərarlaşıb.