Portuqaliya Sequndasında XV turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sportinq”in B komandası səfərdə "Uniao de Madeyra”nın qonağı olub. Qarşılaşma Lissabon klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Budaq Nəsirovun 90 dəqiqə oynadığı matçda hesabı 35-ci dəqiqədə Mateuş Pereyra açıb.
Qeyd edək ki, "Sportinq” Sequndada geridə qalan 15 tur ərzində 25 xal toplayıb və turnir cədvəlində 22 komanda arasında 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, bu matç Budaqın "Sportinq"dəki 7-ci oyunu olub.
saytlarin hazirlanmasi