Karyerasında 131 qol vuran qapıçı baş məşqçi oldu

12:31 - 25 Noyabr 2016

Braziliyanın "San Paulo” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, rəhbərlik komandanı "San Paulo”nun əfsanəsi Rojerio Seniyə həvalə edib. 
 
43 yaşlı veteran qapıçı Braziliya A seriyasının sonuna 2 tur qalmış istefaya göndərilən Rikardo Qomeşi əvəzləyib. Klub rəsmi saytı vasitəsi ilə bəyan edib ki, Senin ictimaiyyətə təqdimatı dekabr ayının 5-ə təsadüf edəcək. 
 
Qeyd edək ki, 1992-ci ildən "San Paulo”da çıxış edən Seni karyerasını ötən il başa vurub. O, "San Paulo”nun heyətində keçirdiyi 1257 oyunda 131 qol vurmağı bacarıb. 

 

Xəbər xətti