Millimizin futbolçusu "Qalatasaray"a qarşı oynaya biləcək?

13:13 - 25 Noyabr 2016

Türkiyə Superliqasının XII turunda səfərdə "Qalatasaray”ın qonağı olacaq "Bursaspor”da zədəli futbolçuların durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Bursa təmsilçisi İstanbul səfərində 3 futbolçusunun xidmətindən yararlana bilməyəcək. 
 
Belə ki, Şamil Cinaz, Furkan Özçal və Bilal Kısa zədə səbəbindən "aslanlar”la görüşü buraxacaq. Komandanın son məşqlərində zədə alan millimizin futbolçusu Dəniz Yılmazın durumu isə yaxşıdı. Baş məşqçi Hamza Hamzaoğlu şans verəcəyi təqdirdə, Yılmaz "Qalatasaray”la görüşdə meydana çıxa biləcək. 
 
Qeyd edək ki, bu gün keçiriləcək "Qalatasaray” – "Bursaspor” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 

 

Xəbər xətti