Dəniz Yılmaz "Qalatasaray"a, Ufuk Budak "Alanyaspor"a qarşı oynadı

00:15 - 26 Noyabr 2016

Türkiyə Superliqasında 13-cü tura start verilib.

 

Sportal.az xəbər verir ki, bu gün turun iki qarşılaşması baş tutub. Milli komandamızın üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" səfərdə "Qalatasaray"ın qonağı olub. Matç İstanbul nəhənginin 3 - 1 hesablı qələbəsiylə başa çatıb. Dəniz Yılmaz bu oyunda 90 dəqiqə meydanda olub.

 

Millimizin digər üzvü Ufuk Budakın çıxış etdiyi "Kayserispor" isə səfərdə "Alanyaspor"un qonağı olub. Ufuk Budakın start heyətində meydana çıxdığı və 90 dəqiqə mübarizə apardığı qarşılaşma Alanya təmsilçisinin 3 - 0 hesablı qalibiyyətiylə yekunlaşıb.

 

Bu nəticələrdən sonra aktivində 21 xal olan "Bursaspor" turnir cədvəlinin 5-ci, 9 xalı olan "Kayserispor" isə 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti