Bu gün Portuqaliya Premyer Liqasının XI turunun növbəti oyunları keçiriləcək. Milli komandamızın futbolçuları Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta” klubu növbəti matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Portu təmsilçisi doğma meydanda "Sportinq”i qəbul edəcək.
Kamran Ağayev bu oyunda da start heyətdə yer alacaq. Ancaq Mahmudovun Lissabon təmsilçisi ilə oyunda iştirakı gözlənilən deyil. Emin "Boavişta”nın heyətində hələ də debüt etmək şansı qazanmayıb.
Qeyd edək ki, geridə qalan X turdan sonra "Boavişta” 13 xalla 8-ci, "Sportinq" isə 21 xalla 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, sözügedən görüş Bakı vaxtı ilə 22:15-də başlayacaq.
Portuqaliya mətbuatı "Boavişta"nın təxmini start heyətini açıqlayıb:
saytlarin hazirlanmasi