Milli komandamızın futbolçuları Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta” klubu Portuqaliya Premyer Liqasının XI turunda "Sportinq"i qəbul edəcək.
Sportal.az xəbər verir ki, Portu təmsilçisinin çalışdırıcısı Migel Leal Lissabon klubuna qarşı keçirəcəkləri oyundan öncə açıqlama verib. 51 yaşlı mütəxəssis çətin sınaq qarşısında olduqlarını söyləyib:
"Güclü komandaya qarşı oynayacağıq. Təbii ki, bizim hədəflərimiz dəyişməzdir və bu matçda da istəyimiz 3 xaldır. "Rio Ave" üzərində qazandığımız qələbənin ardını davam etdirmək istəyirik. Qazanılan hər qələbə bizdə özünəinam hissi yaradır".
Leal bu mövsüm heyətə düşməkdə çətinlik çəkən futbolçulardan danışıb:
"Hamıya tapşırıqlar verilir və hər kəs çalışır. Kim hazırdırsa, əsas heyətdə oynayır. Start heyətə düşməyən futbolçulara da zaman-zaman özlərini göstərmək üçün şans verəcəyik. Onlar bu imkandan yararlanmalıdırlar".
Xatırladaq ki, sözügedən görüş Bakı vaxtı ilə 22:15-də başlayacaq.
Qeyd edək ki, Kamran Ağayev "Boavişta"da start heyətdə şans qazansa da, Emin Mahmudov debüt etməyib.
saytlarin hazirlanmasi