Milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" Portuqaliya çempionatında növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, Portu təmsilçisi Premyer Liqanın XI turunda öz meydanında Lissabonun "Sportinq" klubunu qəbul edib.
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Maçtda yeganə qolu Bas Dost vurub. Hücumçu matçın 25-ci dəqiqəsində portuluları məyus edib.
Millimizin hər ikisi sözügedən matçda iştirak etmək hüququ qazanıb. Ağayev matça start "11-lik"də başlayıb, Mahmudov isə oyunun 76-cı dəqiqəsində Karrasanın əvəzinə meydana daxil olub və klubun heyətində ilk rəsmi oyununu keçirib.
Qeyd edək ki, "Boavişta" Premyer Liqada geridə qalan 11 turda 13 xal toplayıb və turnir cədvəlində 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi