Portuqaliya Premyer Liqasında XI turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, milli komandamızın futbolçuları Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta” doğma meydanında "Sportinq”i qəbul edir.
Hal-hazırda davam edən matçda millimizin hər iki üzvü oynamaq şansı qazanıb. Belə ki, Ağayev matçda start heyətində meydana daxil olub. Mahmudov isə oyunun 76-cı dəqiqəsində Karrasanın əvəzinə meydana daxil olub.
Bu, yayda Portu klubuna keçən Eminin ilk oyunu kimi yadda qalıb.
Xatırladaq ki, son dəqiqələri davam edən matçda "Sportinq” 1:0 hesablı qələbə qazanır. Lissabonluların qolunu 25-ci dəqiqədə Bas Dost vurub.