Almaniya II Bundesliqasının 14-cü turunda milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" klubu səfərdə “Vursburger Kikkers”lə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, bu mövsüm komandasında ilk dəfə start heyətdə meydanda olan Dmitri Nazarov 90 dəqiqə meydanda olub. Oyundan sonra açıqlama verən yarımmüdafiəçi bunları bildirib:
"Təbii ki, çətin səfərdən 1 xalla qayıtmaq yaxşı nəticədir. Hazırda istədiyimiz mövqedə qərarlaşmamışıq. Vəziyyətimizi düzəltməliyik. İlk hissədə yaxşı çıxış etmədim, lakin 2-ci hissədə öz mövqeyimdə oynadım və bundan razı qaldığımı söyləyə bilərəm. Start heyətdə oynamağın həyəcanı başqadır. Baş məşqçimizin etimadını doğrultmaq istəyirəm".
saytlarin hazirlanmasi