Milli komandamızın üzvü Dəniz Yılmaz cari mövsüm Türkiyənin "Bursaspor" klubunda uğursuz çxışı ilə yadda qalır.
Sportal.az xəbər verir ki, 28 yaşlı forvard Super Liqanın 12 turu ərzində 6 oyununa çıxıb və qol vura bilməyib. Mövsümün ilk 6 turunu zədə səbəbindən buraxan Yılmaz keçirdiyi 6 oyunun hamısında 90 dəqiqə meydanda olub.
540 dəqiqə forma geyən futbolçu yalnız "Alanyaspor"la matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək k, ötən mövsümün qış fasiləsində "Bursaspoor"a keçən Dəniz Yılmaz 13 oyunda 6 qol vurub və 4 assist etmişdi.
saytlarin hazirlanmasi