Azərbaycanda oynamış iki futbolçu təyyarə qəzasında öldü RƏSMİ

14:14 - 29 Noyabr 2016

Xəbər verdiyimiz kimi, Braziliyanın "Şapokoense” klubunu Kolumbiyaya aparan təyyarə qəzaya uğrayıb. Komandanı aparan hava gəmisi Braziliyadan Boliviyaya, ordan isə Kolumbiyaya getməli olub. Lakin Medellin Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb.

 

Sportal.az xəbər verir ki, təyyarədə olan 81 nəfərdə 5-i xilas edilib, Xisal olunanlardan isə 3-ü futbolçu, 1-i stüardessa, 1-i isə jurnalist olub. Lakin onlardan biri xəstəxanada dünyasını dəyişib.

 

Artıq ölənlərin sayı müəyyənləşib. Rəsmi məlumata görə, 76 nəfər həlak olub. Vaxtıilə "Xəzər Lənkəran”da oynamış Tieqo de Xesus və "İnter”in sabiq üzvü Filipe Maçado dünyasını dəyişib.
 
Qeyd edək ki, "Şapekoense" klubu Sudamerikana Kubokunda Kolumbiyanın "Atletiko Nasional" klubu ilə oynamaq üçün yaxın olan Boliviyadan Kolumbiyaya uçurmuş.

Xəbər xətti