Ad gününə görə icazə alan futbolçu təyyarə qəzasından xilas oldu

15:47 - 29 Noyabr 2016

Qəzaya uğrayan təyyarədə olan “Şapekoense” klubunun futbolçusu Marcelo Boeck komandası ilə birlikdə səfərə getməyib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı qolkiper ad gününə görə icazə alaraq vətənində qalıb. 

 

Sosial şəbəkədə bu barədə məlumat paylaşan futbolçu bunları yazıb: “İkinci dəfə dünyaya gəldim. Komanda yoldaşlarıma görə isə çox üzülürəm, şokdayam”.

 

Komandanın digər üzvü Nivaldo isə heyətə Salınmayıb. O, dostunun zəng etməsi ilə təyyarə qəzası xəbərini eşidib.

Xəbər xətti