2 oğlunu futbola qurban verən ata

10:20 - 30 Noyabr 2016

Вraziliyanın “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarənin Kolumbiyanın Medelin şəhərinin yaxınlığında qəzaya uğraması futbol dünyasını yasa qərq etdi. Dəhşətli qəzadan sonra 77 insan dünyasını dəyişdi. 
 
Sportal.az xəbər verir ki, futbol tarixində yaşanmış ən dəhşətli təyyarə qəzalarının birində braziliyalı məşqçi Paulo Payxao 2-ci oğlu Anderson Payxaonu hadisə zamanı itirib. 65 yaşlı mütəxəssis açıqlamasında bildiirb ki, bu, onun futbolda 2-ci övlad itkisi olub:

 

“2002-ci ildə oyunun gedişində böyük oğlum Pol Payxao ürək tutmasından vəfat etmişdi. Bu dəfə isə 2-ci oğlum Anderson Payxaonu oyuna yollanarkən qəzada itirdim. Çox çətin durumdayıq. 2002-ci ildə Tanrıdan belə bir şeyin olmamasını istəmişdim, çünki bu anları yaşamaq istəmirdim. Amma Andersonu da itirdim”.

 

Qeyd edək ki, Paulo Payxao Braziliyanın "Koritiba", "Qremio", "Palmeiyras", "Fluminense" kimi klublarında məşqçi kimi çalışıb.

Xəbər xətti