Ötən gün Braziliyanın "Şapekoense" klubunu Kolumbiyaya aparan təyyarənin qəza keçirməsi nəticəsində 77 nəfər ölüb.
Sportal.az xəbər verir ki, bəxt sayəsində komandanın baş məşqçisi Kayo Juniorun oğlu Mateus Saroli həyatda qalıb. O, komanda ilə səfərə getməyib. Buna səbəb isə Sarolinin pasportunu evdə unutması olub.
Mateus Saroli məsələyə belə aydınlıq gətirib:
“Hava limanına getsəm də, səfərə yollana bilmədim. San Paulo şəhərindəyəm. Çünki pasportumu evdə unutmuşdum. Dəstəyiniz və dualarınız üçün təşəkkürlər. Anam yaxşı vəziyyətdə deyil, dualarınızı əsirgəməyin”.
saytlarin hazirlanmasi