FİFA prezidenti başsağlığı verdi

15:44 - 30 Noyabr 2016

FİFA prezidenti Canni İnfantino ötən gün baş verən "Şapekoense" klubunun təyyarə qəzasına uğraması ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, prezident futbol dünyası üçün çox kədərli bir gün olduğunu bildirib:

 

"Çox kədərlidir. Kolumbiyada baş verən bu təyyarə qəzasını eşidəndə çox pis olduq. Bu həm faciəvi, həm də şokedici xəbər idi. Həyatını itirən insanların yaxınlarına, ailə üzvlərinə səbir diləyirik və hər zaman yanlarında olduğumuzu bildiririk. Bu hadisəyə görə, bütün futbol  ictimaiyyəti və Braziliya xalqı məyusdur".

 

Qeyd edək ki, “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarənin Kolumbiyanın Medelin şəhərinin yaxınlığında qəzaya uğrayıb və hava gəmisində olan 81 nəfərdən 77-si dünyasını dəyişib.

 

Xəbər xətti