Futbol üzrə Sloveniya çempionatında 19-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi "Domjale" doğma meydanda "Radomjle" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 0 - 2 hesablı məğlubiyyətlə ayrılıb.
Samirin adı əvvəlki 18 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 19 turdan sonra 35 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi