Braziliyanın "Şapekoense” klubunun üzvlərinin olduğu təyyarənin qəzaya uğraması son günlərin ən kədərli xəbərlərindəndi. Futbol ictimaiyyətini sarsıdan qəzada həlak olanların əksəriyyəti futbolçulardı.
Sportal.az xəbər verir ki, "Kəpəz”in braziliyalı legionerləri Dario Frederiko və Renan Silva bəxbəxt hadisəylə bağlı klubun saytına danışıblar:
Dario Frederiko: "Braziliya xalqı üçün kədərli günləri yaşayırıq, bu, bütün futbol dünyası üçün faciədi. Xəbəri eşidən kimi sarsıntı keçirdim, əvvəlcə belə bir şeyin baş verməsinə inanmaq çətin idi. Mənim üçün bu haqda danışmaq ağrılıdı. Təyyarə qəzasında həlak olanlardan biriylə şəxsən tanış idim, yaxın münasibətlərimiz olub. Tiaqo Vieyranı nəzərdə tuturam. Dostumu itirdim, təəssüf edirəm”.
Renan Silva: "Dəhşətli faciədi, söz deməyə adamın dili tutulur. Biz braziliyalı futbolçular baş verən hadisədən daha çox sarsılmışıq. Yaşananlar haqda düşünmək asan deyil, əlimizdən heç nə gəlmir. Həlak olanların ailə üzvlərinin nə düşündükərini hiss etmək belə çətindi. Təyyarə qəzası çox qorxunc bir hadisədi, biz özümüz də bu nəqliyyat vasitəsindən tez-tez istifadə edirik. Bizim də başımıza belə bir hadisə gələ bilər. Faciə nəticəsində dünyasını dəyişənlərdən Kleber Santana ilə bir neçə dəfə bir-birimizə qarşı oynamışıq”.
saytlarin hazirlanmasi