Əfsanəvi futbolçulardan "Şapekoense"yə dəstək: Pulsuz oynayacaqlar

17:50 - 1 Dekabr 2016

Brazilyalı futbol əfsanəsi Ronaldinyo və argentinalı Xuan Raman Rikelme tarixi jest etmək qərarına gəlib.

 

Sportal.az xəbər verir ki, hər iki futbol əfsanəsi təyyarə qəzasında futbolçularını itirən Braziliyanın "Şapekoense" klubuna dəstək olacaqlarını bildirib. Belə ki, onlar pulsuz "Şapekoense" üçün oynaya biləcəklərini açıqlayıb.

 

Karyerasını bitirmək barədə düşünən Ronaldinyo "Şapekoense" üçün qərarını dəyişə biləcəyini ifadə edib. Əgər klubun istəyəcəyi halda orada oynayacaq.

 

Rikelmenin də eyni şəkildə Braziliya klubu üçün yenidən karyerasını bərpa etmək istədiyi və bunun üçün klubdan pul almayacağı məlum olub.

Xəbər xətti