"Kəpəz" "Şahdağ"la matça 4 itkiylə çıxacaq

19:53 - 2 Dekabr 2016

Azərbaycan kubokunun 1/8 final mərhələsində Bakıda “Şahdağ”la qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarını bu gün başa vurub. Həftəboyu ölkə paytaxtında hazırlaşan komanda son məşqinə görüşün keçiriləcəyi “Bayıl Arena”da çıxıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “sarı-göylər” birinci divizion təmsilçisinə qarşı matça itkilərlə çıxacaq. Uzun müddət zədədən əziyyət çəkən Şəhriyar Əliyev və Dario Frederiko tam hazır olmadığından, kubok oyununu da buraxacaq. Məşqdə sıradan çıxan Azad Kərimovla Renan Alves də sabah meydana çıxa bilməyəcək.

 

İtkilərin çoxluğu səbəbindən əvəzedici heyətdən üç futbolçu əsas komandaya çağırılıb. Əli Səmədov, Fərid Məmmədov və Qaraxan Əliyev Qusar komandası ilə qarşılaşma üçün məşqçilər korpusunun ixtiyarında olacaq.

Xəbər xətti