Təyyarə qəzasında dünyasını dəyişən “Şapekoense” klubunun üzvlərinin cəsədləri Braziliyaya gətirilib.
Sportal.az xəbər verir ki, mərhum futbolçuların cənazələri əsgərlərin çiyinləri üzərində klubun ev oyunlarını keçirdiyi stadiona gətirilib. Burda azarkeşlər mərhum futbolçularla vidalaşıblar. Mərasimə Braziliyanın prezidenti Miçel Temer və FİFA prezidenti Canni İnfantino da qatılıb.
Xatırladaq ki, noyabrın 29-də “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarə Kolumbiyanın Medelin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.
saytlarin hazirlanmasi