Millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Trabzonspor”un uğursuz çıxışı davam edir.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Trabzonspor”un evdə 3-cü liqa komandasına məğlub olmasından dərhal sonra klub rəhbərliyi ilə baş məşqçi Ərsun Yanal arasında görüş keçirilib. Prezident Muharrem Usta və klubun digər rəsmi şəxsləri Yanalın evində təxminən 3 saatlıq toplantı keçiriblər.
Ərsun Yanal komandanın hücum xəttində problemlər olduğunu və mütləq yeni transferlərə ehtiyac duyulduğunu bildirib.
saytlarin hazirlanmasi