Daha bir ulduz futbolçu "Şapekoense"də oynamağa hazırdı

11:58 - 5 Dekabr 2016

Ronaldinyo və Xuan Ramon Rikelmenin ardından daha bir ulduz oyunçu futbolçuları təyyarə qəzasında dünyasını dəyişən Braziliyanın "Şapekoense” klubunda oynamağa hazırdı. 
 
Sportal.az xəbər verir ki, söhbət İslandiya millisinin sabiq üzvü Eydur Qudyonsendən gedir. Hazırda Hindistanın "Pune Siti” komandasının uğurları üçün çalışan futbolçu bu barədə mətbuata açıqlamasında danışıb:
 
"Əgər məni heyətlərində görmək fikirləri varsa, "Şapekoense”də oynamağı sevə-sevə qəbul edərəm".
 
Qeyd edək ki, Braziliya təmsilçisi Kolumbiyaya gedərkən qəzaya uğramışdı. Qəza nəticəsində hava gəmisində olan 77 nəfərdən 71-i dünyasını dəyişmişdi.

 

Xəbər xətti