Zeedorfu Eriksson əvəz etdi

16:12 - 5 Dekabr 2016

İngiltərə millisinin sabiq baş məşqçisi Sven-Qoran Erikssonun yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, o, Çində çalışacaq. İsveçli mütəxəssis Çinin "Şençjen" klubu ilə anlaşıb. 68 yaşlı məşqçi bu postda Klarens Zeedorfu əvəzləyib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
 
Qeyd edək ki, Zeedorfun başçılığı ilə ötən mövsüm ikinci liqada 9-cu yeri tutan "Şençjen" Super Liqaya vəsiqə qazana bilməmişdi.

Xəbər xətti