Belçika çempionatında keçirilən "Şarleroi" - "Standard" matçında xoşagəlməz anlar yaşanıb.
Sportal.az xəbər verir ki, qonaq komandanın azarkeşləri oyunun gedişində birincilərin qapıçısı Nikolas Panetteunu hədəfə alıb.
3:1 hesabı ilə öndə olan "Standard"ın fanatları qolkiperə doğru yad əşyalar atılıb. "Standard"ın baş məşqçisi Aleksandar Yankoviçin fanatlara müraciəti də heç bir nəticə verməyib.
Ardınca isə "Şerleroi" azarkeşləri coşub. Və onlar da qonaq komandanın qapıçısını hədəfə alıblar.
Bunun nəticəsi kimi matçın sonuna 22 dəqiqə qalmış oyunun baş hakimi qarşılaşmanı yarımçıq dayandırıb.