Çinlilər Tevesə sərvət təklif etdi

18:54 - 5 Dekabr 2016

Çinin "Şanxay Şenua" komandası "Boka Xunyors"un futbolçusu Karlos Tevesi transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, çinlilər ulduz futbolçunu heyətinə cəlb etmək üçün astranomik məbləğ ödəmək niyyətindədi. Belə ki, Şanxay təmsilçisi təcrübəli forvard üçün illik 40 milyon avro məvacib ödəməyə hazırdı.

 

Çin klubunun prezidenti Vu Xiaui də argentinalı hücumçunu transfer etmək istədiklərini təsdiqləyib: "Tevesi transfer etmək üçün çox çalışırıq. Ancaq mətbuatda çıxan bəzi xəbərlərə görə anlaşa bilmədik. Lakin səylərimizi davam etdiririk. Nələrin baş verəcəyiylə bağlı sizi xəbərdar edəcəyik".

Xəbər xətti