Ramil Şeydayev Türkiyə Super Liqasında debüt etdi

23:52 - 5 Dekabr 2016

Türkiyə Super Liqasında 13-cü tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor" səfərdə  digər azərbaycanlı futbolçunun çıxış etdiyi "Kayserispor"un qonağı olub. Matç Qara Dəniz təmsilçisinin 1 - 0  hesablı qələbəsiylə başa çatıb.

 

Ramil Şeydayev qarşılaşmanın 80-ci dəqiqəsində komanda yoldaşı Matus Beronun əvəzinə meydana daxil olmaqla Super Liqada debüt edib. Ufuj Budak isə oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Bu nəticədən sonra xallarını 15-ə çatdıran "Trabzonspor" turnir cədvəlinin 12-ci pilləsinə yüksəlib. Aktivində 9 xal olan "Kayserispor" isə 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti