Azərbaycan millisinin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” Portuqaliya çempionatında növbəti oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Portu təmsilçisi səfərdə “Pasuş de Ferreyra”nın qonağı olub. Kamran start heyətdə, Emin isə ehtiyat oyunçular skamyasında yer alıb. Mahmudov 57-ci dəqiqədə Silva Samunun əvəzinə oyuna daxil olub.
Görüş həmyerlilərimizin 1:2 hesablı məğlubiyyət ilə başa çatıb. İlk yarıda qapısında 2 qol görən “Boavişta”nın gücü yalnız fasilədən sonra hesab arasındakı fərqi minimuma endirməyə çatıb.
Qeyd edək ki, “Boavişta” 13 xalla 13-cüdür.
saytlarin hazirlanmasi