Pelleqrini yığma komandadan imtina etməyinin səbəbini açıqladı

15:38 - 6 Dekabr 2016

Çinin "Hebey Fortun"klubunun baş məşqçisi Manuel Pelleqrini açıqlama verib. 


Sportal.az xəbər verir ki, təcrübəli məşqçi Çili yığmasında çalışmaqdan imtina etməsinin səbəbini açıqlayıb: 


"İmtina etməyimin birinci səbəbi odur ki, artıq Çin klubu ilə razılaşmışdım. İkincisi də, milli komandaların oyunları məni sıxır".

 
Qeyd edək ki, "Vilyarreal, "Real", "Malaqa", "Mançester Siti" kimi klublarda çalışan Pelleqrini yığma komandalara rəhbərlik etməyib.

 

Xəbər xətti