Millimizin üzü 7 aydan sonra "oruc"unu pozdu

17:27 - 6 Dekabr 2016

Azərbaycan millisinin futbolçusu Dəniz Yılmaz çıxış etdiyi Türkiyənin "Bursaspor" klubunda 7 aydan sonra qol vurub. 

 

Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu "qol orucu"nu Super Liqanın 13-cü turunda "Rizespor"la ev oyununda pozub. Hücumçu 63 və 68-ci dəqiqələrində rəqib qapısına yol taparaq komandasına qələbə qazandırıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, D.Yılmaz komandada sonuncu qolunu ötən mövsümün XXXIII turunda vurub. O, mayın 14-də "Konyaspor"la baş tutmuş görüşdə fərqlənib. Həmin görüş 1:1 hesabı ilə yekunlaşıb.

Xəbər xətti