Braziliya və Kolumbiya milliləri təyyarə qəzasında həlak olanların ailələrinə yardım üçün yoldaşlıq oyunu keçirəcəklər.
Sportal.az xəbər verir ki, bu barədə məlumatı Braziliya Futbol Federasiyası yayıb. Məlumatda oyunun yanvarın 22-də, Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçiriləcəyi qeyd edilib. Oyundan əldə ediləcək gəlir isə təyyarə qazasında həlak olan şəxslərin ailələrinə veriləcək.
Xatırladaq ki, noyabrın 29-da “Şapekoense” klubunun üzvlərini daşıyan təyyarə Kolumbiyanın Medelin şəhərinin yaxınlığında dağlıq bölgədə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 77 sərnişindən 71-i dünyasını dəyişib.
saytlarin hazirlanmasi