Mirça Rednikin yeni klubu məlum oldu

10:22 - 7 Dekabr 2016

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik özünə yeni iş yeri tapıb.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı yenidən Belçikada çalışacaq. 54 yaşlı çalışdırıcı “Muskron” klubunun yeni baş məşqçisi təyin olunub.

 

Dahha əvvəl Belçikada “Standart” və “Genk” kimi komandaları çalışdıran mütəxəssis “Muskron”la mövsümün sonuna qədər müqavilə imzalayıb.
 
Qeyd edək ki, rumıniyalı çalışdırıcı 2010/11-ci illərdə “Xəzər Lənkəran”ın "sükanı arxasında" olub. O, cənub klubuna rəhbərlik etdiyi dönəmdə Azərbayan kubokunu və Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanıb.

 

Xəbər xətti