UEFA Gənclər Liqasının sonuncu turunda keçirilən "Dinamo" - “Beşiktaş” matçı da meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Sportal.az xəbər verir ki, Kiyev təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyini qarşılaşmada 19 yaşadək futbolçulardan ibarət millimizin 2 futbolçusu iştirak edib. Bunlar Mətin Gülər və Hüseyn Seyliqlidi. Hüseyn sona qədər oyunda qaldığı halda, Mətin final fitinin səsləndirilməsinə 79-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Beşiktaş" 6 turdan sonra cəmi 3 xal yığıb və qrup sonuncusu olub.
saytlarin hazirlanmasi