"Dəniz Yılmaz qollarını sıralamaqda davam edəcək"

15:53 - 7 Dekabr 2016

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz "Bursaspor"un heyətində Super Liqada 7 aydan sonra qol vurub.  

 

Sportal.az xəbər verir ki, Yılmaz komandada sonuncu qolunu ötən mövsümün 33-cü turunda "Konyaspor"la matçda (1:1) vurmuşdu. Türkiyə mətbuatı uzun müddətdən sonra "Rizəspor"a 2 qol vuran Yılmazı tərifləyib:

 

"Yılmaz vurduğu son qollarla burdan getmək istəmədiyini, əsas heyətdə daim yer almağa layiq olduğunu göstərməyə çalışdı. Artıq onun üzərində təzyiq yoxdur. Dəniz qollarını sıralamaqda davam edəcək".

Xəbər xətti