Bu gün Türkiyə Super Liqasında 14-cü tura start veriləcək.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" klubu sabah İstanbulda "Beşiktaş"ın qonağı olacaq.
"Timsahlar"ın baş məşqçisi komandadan uğurlu çıxışın davamını gətirmələrini istəyib. Mütəxəssis "qara qartallar"la oyunda hücum xəttində son oyunda dubl edən Dəniz Yılmaza şans verəcək. Hamzaoğlu millimizin forvardından yenə qol və qollar gözlədiyini və onun üzərində artıq heç bir təzyiqin olmadığını bildirib.
46 yaşlı mütəxəssis çətin səfər qarşılaşmasından sərfəli nəticə ilə qayıdaraq ilk "5-lik"də qalmaq istəyir.
Qeyd edək ki, "Beşiktaş" - "Bursaspor" matçı sabah Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi