Futbolçularını və məşqçilərini təyyarə qəzasında itirən Braziliyanın "Şapekoense" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Santa Katarina təmsilçisi Vaqner Mançiniyə tapşırılıb.
Son klubu Braziliyanın "Vitoriya" klub olan 50 yaşlı mütəxəssis karyerası ərzində "Qremio", "Kruzero", "Batafoqo", "Vasko da Qama" kimi komandaları çalışdırıb.
Xatırladaq ki, "Şapekoense"ni Kolumbiyaya aparan təyyarə Medelyin şəhərində qəzaya uğramışdı. Qəza nəticəsində təyyarədə olan 81 nəfərdən 77-si dünyasını dəyişmişdi.
saytlarin hazirlanmasi